2008-ci ildə təsis olunan “Media FM” radiostansiyası 2009-cu il fevral ayının 10-da Bakı və Abşeron ərazisində 105.5 MHz FM tezliyində yayıma başlayıb.
Musiqi format ən yeni “Hit”lər, proqram format isə əyləncə olan radiostansiya yayıma başladığı ilk günlərdən dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.